WUF13 çərçivəsində “UN-Habitat” tərəfindən tərəfdaşlara “Partner-Led Events” imkanı yaradılıb. Bu tədbirlərin əsas mahiyyəti budur ki, onlar WUF proqramının bir hissəsi olur, BMT platformasında görünürlük qazanır, amma məzmununu tərəfdaş qurumlar hazırlayır. Azərbaycan QHT-ləri prosesdə yüksək fəallıq nümayiş etdirib. Azərbaycan üzrə 12 “Partner-Led Events”dən 4-ü yerli QHT-lər tərəfindən təşkil edilib.
WUF13 çərçivəsində 2026-cı il mayın 19-da “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda “Partner-Led Event” təşkil edib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, QHT Agentliyinin İdarı Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin rəhbəri Asia Abdel Mutaleb Yaghi və digər qonaqlar iştirak ediblər.
2026-cı il mayın 20-də “Media İnkişaf Mərkəzi” İctimai Birliyi "Media mənzil təminatı və şəhər dayanıqlığı ilə bağlı ictimai diskursun hərəkətverici qüvvəsi kimi" “Partner-Led Event” təşkil edib. Konfransda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, deputat Rizvan Nəbiyev, QHT Agentliyinin İdarı Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının direktoru Şəfəq Mehrəliyeva və digər qonaqlar iştirak edib.
2026-cı il mayın 21-də “EkoSfera” İctimai Birliyin sədri Firuzə Sultanzadə Azərbaycanın “İlk Milli Dayanıqlılıq Standartı” layihəsini “Partner-Led Event”də beynəlxalq auditoriyaya təqdim edib. Tədbirdə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin videomüraciəti nümayiş olunub, QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva vətəndaş cəmiyyəti təsisatlarının dayanıqlılıq standartlarının formalaşdırılmasındakı rolundan bəhs edib.
2026-cı il mayın 21-də Azərbaycan Milli QHT Forumu “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi” mövzusunda “Partner-Led Event” keçirib. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli şəhər inkişafında gənclərin rolu, inklüziv idarəetmə barədə təqdimatla çıxış edib. Toplantıda Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Keniyanın “Kounkuey Design Initiative” təşkilatının icraçı direktoru Vera Bukachi, Liberiyanın “Liberian Youth for Climate Actions (LYCA)” təşkilatının təsisçisi və icraçı direktoru Ezekiel Nyanfor və digər spikerlər mövzu barədə fikirlərini bölüşüblər.