QHT Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Gilavar Foto Klubu” İctimai Birliyi bu layihə çərçivəsində qarşıdakı aylarda İsveçrə, İtaliya, Avstriya, Xorvatiya, Sloveniya və Vyetnamda mina mövzusunda fotosərgilərin keçirilməsini planlaşdırır. Bu barədə “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev məlumat verib. Onun sözlərinə görə, 2025-ci ildə QHT Agentliyinin dəstəyi ilə rəhbərlik etdiyi təşkilat Almaniyanın Münhen və Nürnberq, Fransanın Paris, Belçikanın Brüssel, Niderlandın Haaqa şəhərlərindən analoji fotosərgilər keçirib. Bu dəfə isə proqram daha zəngin olacaq.