2026-cı il mayın 20-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən “Dayanıqlı şəhər gələcəyi naminə gənclərin əməkdaşlığı” forumu keçirilib.
Forum çərçivəsində “Təhlükəsiz və yaşıl şəhərlər”, “Davamlı şəhər gələcəyi və urban mədəniyyəti”, “Urbanizasiya prosesində inklüziv yanaşmalar”, “Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı” və “Gənclərin urban töhfələri” mövzularında təqdimatlar keçirilib, çıxışlar edilib.
Tədbirdə dayanıqlı urbanizasiya siyasətinin dəstəklənməsində gənclərin rolunun artırılması ilə bağlı yeni çağırışlar və yanaşmalar səsləndirilib. Sonda “Urban Şəbəkələşmə Platforması”nın yaradılması və fəaliyyətinin təşkili tövsiyə olunub.