2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi tərəfindən “Ənənəvi sahələrin müasir şəhərsalmada rolu” adlı panel tədbiri keçirilib. Tədbirin məqsədi mədəni irs, ənənəvi sənətkarlıq və kreativ sənayenin müasir şəhər inkişafında, dayanıqlı mədəni mühitin formalaşdırılmasında rolunun müzakirəsi olub.
Tədbir çərçivəsində həmçinin sərgi və ustad dərsləri təşkil olunub.




























































