2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə “WUF13: Bakı və inklüziv imkanlar: qanunvericliyin tələbləri və reallıq” və “Şəhərsalma və ətraf mühit: ekolojii problemlər" mövzularında müzakirələr aparılıb, suallar cavablandırılıb.