2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Qan Donorları Assosiasiyası tərəfindən “İnklüziv şəhər: hər kəs üçün əlçatan urban mühitin qurulması” adlı tədbir keçirilib.
Tədbirdə sağlamlıq imkanları məhdud şəxslər üçün şəhər mühitində əlçatanlığın təmin olunması, inklüziv və təhlükəsiz infrastrukturun qurulması, eləcə də onların sosial həyata fəal inteqrasiyası məsələləri müzakirə olunub. İnklüziv şəhər mühitinin əhəmiyyəti barədə təqdimatlar edilib, müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




















