2026-cı il mayın 22-də "WUF13 Urban Expo"dakı QHT Agentliyinin pavilyonunda “Əlilliyi olan Şəxslər üçün Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi “Müyəssərlik mifləri: modern şəhərsalmanın görünməyən sədləri” adlı fotosərgi keçirib. Sərginin məqsədi müasir şəhərsalma ilə bağlı formalaşmış stereotiplərə diqqət çəkmək, həmçinin şəhər mühitində əlilliyi olan şəxslərin qarşılaşdığı görünməyən infrastruktur maneələrini ictimaiyyətə nümayiş etdirməkdir.
Fotosərgidə təqdim olunan rəsmlər şəhərlərdə əlçatanlıq problemlərini ön plana çıxararaq daha inklüziv və müyəssər şəhər mühitin formalaşdırılmasının vacibliyini vurğulayıb.