2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhərsalma siyasətində mədəni irs nümunələrinin qorunması” adlı sərgi açılıb.
Sərgidə Azərbaycanın tarixi-mədəni irs nümunələrinin qorunması, onların müasir şəhərsalma siyasətində yeri və davamlı inkişaf konsepsiyası çərçivəsində gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olub. Tədbirdə qədim memarlıq abidələri, tarixi yaşayış məkanları, milli-mədəni dəyərləri əks etdirən foto və vizual materiallar nümayiş etdirilib.