2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Gender Hub Azerbaijan"ın “Qadınlar və həssas qrupları əhatə edən təhlükəsiz və dayanıqlı yaşayış məkanlarının qurulması üçün interseksional yanaşma” panel müzakirəsi keçirilib. Tədbirdə daha ədalətli, təhlükəsiz və inklüziv şəhərlərin qurulması yolları müzakirə olunub. Müzakirə çərçivəsində interseksional yanaşmanın şəhərsalmada rolu, ehtiyaclara əsaslanan şəhər planlaşdırılması, eləcə də qadınların şəhərsalma sahəsində qərarvermədə iştirakı kimi mövzulara toxunulub.