2026-cı il mayın 22-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Gələcək Naminə” İctimai Birliyi tərəfindən “Qarabağ 360” layihəsi təqdim olunub.
VR eynəklərdən istifadə etməklə iştirakçılar Qarabağın tarixi, mədəni və təbii məkanlarını 360 dərəcə formatında izləyərək bölgənin turizm, mədəni irs və rəqəmsal təqdimat imkanları ilə yaxından tanış olublar.
Forum çərçivəsində, həmçinin VR və süni intellekt əsaslı şəhərsalma modeli ilə bağlı layihə təklifi təqdim edilib. Layihə təklifində şəhər mühitinin planlaşdırılması, dayanıqlı urban inkişaf, rəqəmsal texnologiyaların şəhər idarəçiliyində tətbiqi və gələcəyin ağıllı şəhər modelləri ilə bağlı yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.