2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə və müalicə imkanlarına həsr olunmuş "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" adlı panel müzakirə keçirilib.
Müzakirədə “Azərbaycanın bölgələrində hemofiliyalı və digər koaqulopatiyalı xəstələr üçün müalicəyə çıxışın təşkili”, “Xarici və daxili qanaxmalarda təcili və təxirəsalınmaz yardımın təşkili”, “Qanın laxtalanma pozuntularının müalicəsinin təşkilində tibb bacısının rolu” və digər məruzələrlə çıxışlar edilib, suallar cavablandırılıb. Tədbir çərçivəsində, həmçinin Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının regional fəaliyyət strategiyasını və nailiyyətlərini əks etdirən geniş poster sərgisi də nümayiş olunub.