2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi tərəfindən "Rəqəmsal şəhərlərin ortaq dəyərləri: dayanıqlı gələcək üçün inklüziv innovasiyalara liderlik edən şəhərlər" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Qarabağın bərpasına, dayanıqlı şəhər mühitinin formalaşdırılmasına və yaşıl inkişaf gündəliyinə töhfə baxımından gənclərin innovativ ideyalarının xüsusi əhəmiyyətindən danışıblar.