2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və onun Qazaxıstandakı tərəfdaş təşkilatı olan Almatı Şəhər Vətəndaş Alyansı tərəfindən “Şəhər inkişafı şəraitində qadınlar və uşaqlar üçün dayanıqlı və təhlükəsiz şəhərsalma” mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi şəhərsalma proseslərində insan yönümlü yanaşmaların təşviqi, ictimai məkanların əlçatanlığının təmin edilməsi və əhalinin ən həssas qruplarının – qadınların və uşaqların maraqlarının qorunması olub.