2026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda
“Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası” İctimai Birliyi tərəfindən “Piylənmə kontekstində şəhər mühitinin sağlamlıq üzərində rolu” adlı müzakirə keçirilib. Müzakirədə şəhər mühitinin insanların həyat tərzinə və sağlamlığına təsiri, xüsusilə piylənmənin yaranmasına səbəb olan urban faktorlar ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə sağlam qidalanma, fiziki aktivlik üçün əlverişli şəhər infrastrukturu və sağlam urban mühitin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.