026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi “Səslərdə şəhər: 13 memarlıq ritmi” adlı tədbir keçirib. Layihənin məqsədi şəhər mühitinin ritmini, memarlıq estetikasını və urban həyatın dinamikasını musiqi, rəqs və vizual sənət vasitəsilə tamaşaçılara təqdim etmək olub. Proqram çərçivəsində ümumilikdə 13 fərqli musiqi kompozisiyası səsləndirilib. Hər bir kompozisiya şəhərin müxtəlif emosional atmosferini, ritmini və memarlıq ruhunu özündə əks etdirib.
Tədbirdə gənc rəssamların iştirakı ilə rəsm sərgisi də təşkil olunub. Sərgidə paytaxtın tarixi abidələrini, memarlıq nümunələrini və şəhər həyatını təsvir edən rəsm əsərləri nümayiş etdirilib.
















































