026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi “Münaqişədən sonra regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusunda yan tədbir təşkil edib. Tədbirdə “Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi”, “Qarabağda yeni gələcək: qadınların şəhərsalma və icma yenidənqurmada liderliyi” və digər mövzularda məruzələr edilib, davamlı şəhərsalma və yenidənqurma proseslərində qadınların iştirakının ilk mərhələdən təmin olunmasının vacibliyi vurğulanıb. Bu xüsusda beynəlxalq təcrübə, gender-həssas şəhərsalma yanaşmaları və Qarabağın inkişaf modeli diqqət mərkəzində olub.