2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları” adlı tədbir keçirilib.
Tədbirdə “Günəş enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi”, ““Beton iqtisadiyyatı”ndan yaşıl urbanizasiya modelinə”, “Neftdən asılılıqdan sirkulyar dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl iqtisadiyyat yolu”, “Şəhərsalma və insan sağlamlığı” və digər mövzularda çıxışlar ediblər, mövzular üzrə suallar cavablandırlıb. Sonda yaşıl və sirkulyar iqtisadiyyata keçidin şəhərsalma siyasətinə təsiri, bərpa olunan enerji mənbələrinin urbanizasiya prosesində rolu, həmçinin dayanıqlı şəhər inkişafı üçün yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.




