2026-cı il mayın 22-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda Azərbaycan Uşaq Fondu “Uşaqların şəhəri” adlı sərgi keçirilib.
Sərgidə uşaqların şəhər mühitinə baxışı, onların təhlükəsiz, inklüziv və yaşıl şəhər modeli ilə bağlı düşüncələri müxtəlif yaradıcı işlər və təqdimatlar vasitəsilə nümayiş olunub.
Forum çərçivəsində iştirakçılar uşaqların arzularındakı şəhər modeli, ekoloji mühit, ictimai məkanlar və təhlükəsiz urban infrastruktur mövzularında hazırlanan sərgi nümunələri ilə tanış olublar.