2026-cı il mayın 22-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi “Münaqişədən sonrakı ərazilərdə mənzil təminatı və davamlı icmalar” mövzusunda tədbir keçirilib. Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Maria Victoria Romero Caballero, millət vəkilləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Keçirilən panel müzakirələrində daha ədalətli, təhlükəsiz və inklüziv şəhərlərin qurulması və bu prossesdə qadınların iştirakı müzakirə olunub. Müzakirə çərçivəsində şəhərsalmada iştirak edən qadınların qərar qəbuletmədə rolu, ehtiyaclara əsaslanan şəhər planlaşdırılması, eləcə də qadınların şəhərsalma sahəsində məşğulluq problemləri kimi mövzulara toxunulub.