2026-cı il aprelin 11-də Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Milli QHT Forumunda “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda QHT-lər üçün seminar təşkil edib.
Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri, BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müəllimi, yer elmləri üzrə fəlsəfə doktoru namizədi Afaq Səmədzadə bildirib ki, zəlzələ zamanı düzgün davranış qaydalarını bilmək riskləri azaldır, insanların həyatını xilas edir, cəmiyyət üçün faydaya çevrilir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi”nin mütəxəssisi Aytən Babazadə zəlzələnin mahiyyətindən, başvermə səbəblərindən və bu təbiət hadisəsi zamanı zəruri təhlükəsizlik tədbirləri barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Zəlzələ zamanı düzgün davranış qaydaları” layihəsi üzrə qalibdir.