İsmayıllıda gənc kulinarlar arasında Qərbi Azərbaycan mətbəxi üzrə yarış keçirilib
2024-cü il üzrə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələrdə prioritet istiqamətlərindən biri Qərbi Azərbaycan mövzusudur. Bu sahədə qalib layihələrin icrası davam edir.
Agentliyin dəstəyi ilə “Qərbi Azərbaycanın şirin inciləri” layihəsini icra edən Azərbaycan Milli Kulinariya Assosiasiyası mayın 11-də İsmayıllıda gənc kulinarlar arasında Qərbi Azərbaycan şirniyyatlarının hazırlanmasına dair yarış təşkil edib. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 40 adda Qərbi Azərbaycan şirniyyatlarını hazırlayaraq sərgiləyiblər. Qaliblər mükafatlandırılıb.
Bundan başqa, Mərkəzin tələbə və müəllimlərinə Qərbi Azərbaycan şirniyyatlarının hazırlanma texnologiyası, tarixi, etnoqrafiyası barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri, professor Tahir Əmiraslanov tərəfindən mühazirələr oxunub.
Layihə çərçivəsində ustad dərsləri və yarışlar digər bölgələrdə də təşkil olunacaq.