ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

BMT tədbirlərində Azərbaycan QHT-lərinin iştirakının təşviqi məsələləri müzakirə olunub
29 MAY 2025 - 10:00

2025-ci il mayın 28-də ABŞ-ın Nyu-York şəhərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində daimi nümayəndə Tofiq Musayevlə görüşüb.

Görüşdə BMT-nin müxtəlif strukturlarında (ECOSOC, UNFCCC) Azərbaycandan olan QHT-lərin təmsilçiliyinin artırılması imkanları, BMT tədbirlərində ölkəmizin vətəndaş cəmiyyəti təsisatlarının iştirakının təşviqi, mina problemi, Qərbi Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, Böyük Qayıdış prosesində QHT-lərin rolu müzakirə edilib.

Görüşdə Aygün Əliyeva Agentliyin fəaliyyəti, COP29 tədbiri zamanı görülən işlər və Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qlobal Cənub QHT Platformasının yaradılması, Agentliyin bu prosesdə tərəfdaşlığı barədə ətraflı məlumat verib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl