ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi yekunlaşıb
17 OKTYABR 2024 - 15:40

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Rauf Zeyni bildirib ki, layihənin məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, onlar ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilinə dəstək verməkdir.
Layihə çərçivəsində Biləsuvar, Salyan, Neftçala, Şirvan, Cəlilabad, Masallı, Lənkəran rayonlarında  maarifləndirici tədbirlər keçirilib. Tədbirlər zamanı vətəndaşları maraqlandıran suallar cavablandırılıb, təklifləri qeydə alınıb. 
Layihənin donoru Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl