ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Gələn il Azərbaycanda səhiyyə profilli QHT-lərin Forumu keçiriləcək
18 OKTYABR 2024 - 11:00

2025-ci ilin əvvəlində Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi planlaşdırılır.

 

Bu barədə AZƏRTAC-a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

 

O bildirib ki, artıq QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu Forumun təşkili üçün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə müvafiq iş aparır, birgə işçi qrup yaradılıb. Yaxın vaxtlarda bu işçi qrup Forumun proqramını tərtib etmək üçün görüşlərə başlayacaq.

 

Xatırladaq ki, bu ilin avqustunda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbələrinin, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Milli QHT Forumunun məsul şəxsləri 30-a yaxın səhiyyə profili üzrə QHT-lərin rəhbərləri ilə Bakı Biznes Mərkəzində görüş keçirib. Bu təşəbbüs həmin görüşdə QHT-lərdən gəlib, vətəndaş cəmiyyətinin təklifi nəzərə alınıb.

 

Ü.Qarayeva bildirib ki, bu Forum ilk dəfə təşkil olunur və Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin fəaliyyətində canlanma yaratmağa, səhiyyənin müvafiq sahələrində ixtisaslaşmış peşə birliklərinin daha böyük töhfələr verə bilməsinə hesablanıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl