ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib
18 OKTYABR 2024 - 15:00

“Atəşgah” İntellektual Oyunlar Klubunun icra etdiyi  "Nə? Harada? Nə zaman?" intellektual oyun layihəsi başa çatıb.
Layihə çərçivəsində VII Azərbaycan Çempionatının final mərasimi keçirilib.
“Atəşgah” İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişli bildirib ki, layihənin məqsədi ölkəmizdə intellektual hərəkatı daha da genişləndirmək, gənclərin asudə vaxtını səmərəli və faydalı şəkildə təşkil etmək, eyni zamanda onların bilik və bacarıqlarını inkişaf etdirməyə kömək etməkdir. 
Layihə çərçivəsində keçirilən çempionatda paytaxtdan 30 ən güclü komanda ərizə ilə müraciət edərək seçilib. Komandalara 6 müstəqil müəllifin müxtəlif mövzulardan olan intellektual sualları təqdim edilib. 
Çempionatın sonunda "Vendetta" komandası bütün rəqiblərini geridə qoyaraq, ilk dəfə Azərbaycan çempionu adını qazanıb. İkinci yeri "Revolver", üçüncü yeri isə "Prestij" komandası qazanıb. 
Sonda qaliblər mükafatlandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl