ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub
26 OKTYABR 2024 - 19:40

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsini yekunlaşdırıb. 
2024-cü il oktyabrın 24-də layihənin yekun tədbiri keçirilib.
Tədbirdə layihə çərçivəsində qerbiazerbaycanirsi.az (westernazheritage.com) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.
Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, layihənin məqsədi Azərbaycan tarixi abidələrinin Ermənistan tərəfindən məhv edilməsi, milli kimliyin və mədəni irsimizin silinməsi cəhdlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir.
Tədbir zamanı Qərbi Azərbaycanla bağlı müxtəlif çıxışlar edilib. 
Qeyd edək ki, Qərbi Azərbaycanla bağlı yaradılan elektron bazada maddi-mədəni abidələrlə bağlı məlumatlar azərbaycan və ingilis dillərində yer alır. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilərək bazaya daxil edilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl