ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Macarıstan, Bolqarıstan və Özbəkistandan media təmsilçiləri QHT xətti ilə azad edilmiş ərazilərə səfər edib
26 OKTYABR 2024 - 19:46

Tərəfsiz (Parlament) Jurnalistləri İctimai Birliyi “Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği” layihəsinin icrasını yekunlaşdırıb. 
İctimai Birliyin sədri Elşad Eyvazov bildirib ki, əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə əhalinin layiqli yaşayışının təmin olunduğunu, burada müasir infrastrukturun qurulmasını, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığın təmin edildiyini xarici mediada təbliğinə töhfə verməkdir.
Layihə çərçivəsində üç ölkədən – Macarıstan, Bolqarıstan və Özbəkistandan olan jurnalistlər Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər, həmçinin Bakıda bir sıra görüşlərdə iştirak ediblər.
Səfərlər zamanı xarici media nümayəndələri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar, şəhərdə məskunlaşan sakinlərlə söhbət ediblər. Səfər zamanı xarici KİV nümayəndələri Füzuli rayonu ərazisindəki minalanmış sahələri də müşahidə edib, oradan fotoşəkillər çəkiblər.
Layihə çərçivəsində məskunlaşma prosesinə dair müzakirələr də təşkil edilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl