ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Ermənistan müharibə cinayətləri: Qazax kəndlərində törədilən kütləvi qırğınlara görə məsuliyyət" layihəsi yekunlaşıb
26 OKTYABR 2024 - 19:48

Qərb-resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi "Ermənistan müharibə cinayətləri: Qazax kəndlərində törədilən kütləvi qırğınlara görə məsuliyyət" layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində Qazaxın erməni vəhşiliyini yaşamış 7 kəndinin (Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli, Sofulu, Barxudarlı) əhalisi (1016 nəfər) arasında iyun və iyul aylarında geniş sorğu keçirilib. Sorğunun nəticələrinə görə, insanlığa qarşı törədilən cinayətlərin və mülkiyyət hüququna qarşı törədilən halların çoxsaylı dəlilləri qeydə alınıb.
İctimai Birliyin sədri Ramil Göyüşov bildirib ki, respondentlər arasında sorğu zamanı toplanan məlumatlar, Ermənistanın Qazax kəndlərində törətdiyi kütləvi qırğınlarla bağlı mühüm dəlilləri ehtiva edir və bu, beynəlxalq hüquq çərçivəsində ədalətin təmin edilməsinə töhfə verəcək.
Layihə çərçivəsində sorğunun nəticələrindən və Birinci Qarabağ müharibəsi zamanı Qazaxın yeddi kəndində Ermənistan tərəfindən törədilmiş cinayətləri əks etdirən süjetlərdən istifadə edilərək, qısametrajlı videoçarx da hazırlanıb. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl