Qubada ailə dəyərləri mövzusunda görüşlər təşkil edilib
“Ailələrə Sosial Dəstək" İctimai Birliyi “Ailələrin sosial müdafiəsi tədbirləri" layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində sentyabrın 30-dan oktyabrın 7-dək Quba rayonu I Nügədi kəndində Quba Peşə Liseyinin kollektivi, o cümlədən tələbələri ilə görüşlər keçirilib.
İctimai Birliyin sədri Esmira Rəhimova bildirib ki, layihənin məqsədi gənclərə ailə birliyinin önəmini aşılamaq, erkən nikahlara qarşı gəncləri maarifləndirməkdir.
Görüşlər zamanı iştirakçıların məlumatlılığını artıraraq, erkən nigahların fəsadları barədə söhbətlər aparılıb. Mövzu ilə bağlı suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbirlərdə ümumilikdə 120 gənc iştirtak edib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.