ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“50 milyonun Zəfəri” adlı konfrans keçirilib
29 OKTYABR 2024 - 17:43

“Ortaq Dəyərlər” İctimai Birliyi “Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsinin icrasını yekunlaşdırıb. 
Layihə çərçivəsində 2024-cü il oktyabrın 26-da Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər zalı”nda “50 milyonun Zəfəri” adlı yekun konfrans keçirilib.
İctimai Birliyin sədri Aqil Camal bildirib ki, layihənin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri, dünyada yaşayan soydaşlarımızın ortaq qələbəsi kimi təbliğ etmək, onlara bütövlük ideyalarını aşılamaqdır.  
Konfransda millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT və media təmsilçiləri iştirak ediblər.  Müxtəlif məruzələr dinlənilib. 
Qeyd edək ki, layihə çərçivəsində 11 teledebat təşkil olunub, 12 xüsusi məqalə hazırlanaraq mediada və sosial şəbəkələrdə yayınlanıb, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilati köməkliyi ilə “50 milyonun Zəfəri” adlı rəsm müsabiqəsi keçirilib. 
Konfransın sonunda layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 15 yeniyetmə rəssam sertifikat və hədiyyələrlə təltif olunub. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl