Brüsseldə Qərbi Azərbaycanla bağlı konfrans keçirilib
"Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində 2024-cü ilin 25 oktyabr tarixində Brüssel şəhərində Haachtse Steenveg Türk Dərnəkləri Birliyi Mərkəzində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda beynəlxalq konfrans keçirilib.
İctimai Birliyin sədri İlham İsmayılov bildirib ki, layihənin məqsədi azərbaycanlıların hüquq və azadlıqlarının beynəlxalq müdafiəsinə nail olmaqdır.
Konfransda Qərbi Azərbaycanla bağlı çıxışlar edilib, məruzələr dinlənilib, müzakirələr aparılıb.
Səfər çərçivəsində tədbir iştirakçılarının Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyələrlə də görüşləri keçirilib.
Oktyabrın 26-da layihə heyətinin iştirakı ilə Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən "Kanal Avropa TV" peyk kanalının "Brüssel Gündəmi" proqramında təşkil olunmuş verilişdə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda müzakirələr aparılıb.
Daha sonra tədbir iştirakçıları Belçikanın Maasmekelen şəhərində ATİB Türk Mədəniyyət Mərkəzində görüş keçirib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.