“Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliyinin artırılması” mövzusunda seminar keçirilib
"Ekoleks" Ekoloji Hüquq Mərkəzinin icra etdiyi "Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliyinin artırılması" layihəsi başa çatıb.
Layihə çərçivəsində yaşayış binalarında enerji səmərəliliyinin artırılması mövzusunda seminar keçirilib.
İctimai Birliyin sədri Sevil İsayeva bildirib ki, layihənin məqsədi enerji səmərəliliyi sahəsində mövcud problemləri müzakirə etmək, hüquqi çərçivəni təhlil etmək və dövlət-biznes əməkdaşlığını gücləndirməkdir.
Seminarda “Yaşayış binalarında enerji səmərəliliyi və ekoloji problemlər”, “Yaşayış binalarında enerji səmərəliliyi üzrə bələdiyyə və mülkiyyətçilərin əməkdaşlığı” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. İştirakçılar tərəfindən irəli sürülən təkliflər barədə qeydlər götürülüb.
Layihə çərçivəsində, həmçinin hazırlanmış hesabat və tövsiyələr əsasında “Yaşayış binalarının enerji səmərəliliyi” mövzusunda kitabın nəşri planlaşdırılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.