ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşıl bacarıqlarım artırılması üçün “Commonwealth" təcrübəsi öyrənilir
04 NOYABR 2024 - 12:00

“Gender Hub Azerbaijan” və Millətlər Birliyinin birgə əməkdaşlığı ilə "Qadınların Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth" təcrübəsi əsasında” layihəsinin icrasına başlanılıb. 
Layihə çərçivəsində 2024-cü il 26-27 oktyabr tarixlərində Gəncə şəhərində “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" tədbiri keçirilib.
İctimai Birliyin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidova bildirib ki, layihənin məqsədi qadınlar və gənclər arasında iqlim dəyişmələrinin onlara və icmalarına təsirləri, bununla mübarizənin əhəmiyyəti və üsulları haqqında məlumatlılığın artırılmasını təmin  etmək, onları yaşıl bacarıqlar barədə maarifləndirməkdir. 
Layihə çərçivəsində keçirilən tədbirdə Gəncə, Şəmkir, Goranboy, Yevlax və Göygöldən olmaqla, ümumilikdə 50 nəfər iştirak edib. 2 gün ərzində “3R”davranışları (təkrar emal, yenidən istifadə, istehlakda azaltma) və onların önəmi, iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsiri, COP29 tədbirinin qadınlar və gənclər üçün əhəmiyyəti, yaşıl bacarıqlar və məişətdə yaşıl vərdişlər mövzularında təqdimatlar dinlənilib, iştirakçılar üçün praktiki qrup işləri təşkil edilib.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl