Regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirilib
“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin dövlət müdafiəsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində avqustun 8-də Şabran rayonu Heydər Əliyev Mərkəzində, avqustun 22-si Siyəzən rayonu Gənclər Mərkəzində, sentyabrın 11-i Şabran rayonu Heydər Əliyev Mərkəzində, oktyabrın 2-də Lənkəran rayonu “Khazar Palace” hotelinin konfrans zalında, oktyabrın 22-də Bakıda “Volqa” hotelinin konfrans zalında tədbirlər keçirilib.
İctimai Birliyin sədri Xəyal Bəşirov bildirib ki, layihənin məqsədi hüquqpozmalar barədə məlumatvermə və məlumatverən şəxslərin dövlət tərəfindən müdafiəsi prosesinə dəstək verməklə yanaşı, dövlət və özəl sektorunda çalşan şəxslərə hüquqpozmalar barədə məlumatlandırmaqdır.
Tədbirlərdə ekspertlər tərəfindən mövzu ilə əlaqədar müxtəlif çıxışlar edilib, iştitrakçılarla qarşılıqlı fikir mübadilələri aparılıb, sualları cavablandırılıb.
Layihə çərçivəsində TV verilişləri və 3 sosial çarx hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.