ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Böyük Qayıdışa dəstək istiqamətində layihə icra olunub
04 NOYABR 2024 - 14:00

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi “Sülh səfirləri” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Məleykə Əlizadə bildirib ki, layihənin məqsədi keçmiş məcburi köçkün icmalarından seçilmiş “Sülh səfirlərinin” iştirakı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, inteqrasiya və reinteqrasiya imkanlarına töhfə verməkdir.
Layihə çərçivəsində 2024-cü il 22-26 iyul tarixlərində “Liderlik və Liderliyin əsasları”, “Kommunikasiya və media savadlılığı”, “Sülh quruculuğunda Gender bərabərliyi, “Qayıdış Proqramı və onun icrasında iştirak”, “İnteqrasiya və reinteqrasiya, qayıdış üçün lazım olan bacarıqlar” mövzularında təlimlər təşkil edilib. Təlim iştirakçıları 18-35 yaşarası seçilib və 5 gün davam edib.
Təlimlərdə iştirak edən “Sülh səfirləri” təşəbbüs qrupu şəklində Gəncədə keçmiş məcburi köçkün icmalarında layihənin heyəti ilə birlikdə maarifləndirmə yolu ilə həmvətənlərinin Qayıdış prosesində iştiraklarına dəstək görüşləri də icra ediblər.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl