“Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” layihəsi yekunlaşıb
"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi “Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Cavid Əliyev bildirib ki, layihənin məqsədi gənclərin Qərbi Azərbaycan barəsində ətraflı məlumatlandırılması və Qərbi Azərbaycana qayıdış prosesində onların aktiv fəaliyyətə cəlb edilməsidir.
Layihə çərçivəsində 2024-cü ilin avqust-oktyabr aylarında Naxçıvan və Sumqayıt şəhərlərində gənclər arasında intellektual yarış keçirilib. Yarışlarda 100-dən çox gənc iştirak edib. Sonda qalib komandalara diplomlar təqdim olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.