Sumqayıt məktəblərində vətənpərvərlik mahnılarından ibarət xor kollektivlərinin baxış konsertləri başa çatıb
“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi “Sumqayıt məktəblilərinin xor kollektivi: vətənpərvərlik tərbiyəsi” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Mətanət Zeynalova bildirib ki, layihənin məqsədi orta məktəblərdə uşaqların milli-mənəvi və estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir.
Layihə çərçivəsində 2024-cü ilin oktyabr ayının 24-də Sumqayıt şəhər 8 №-li tam orta məktəbin xor kollektivinin baxış konserti keçirilib. Konsertdə 25 nəfərdən ibarət məktəb xor kollektivi “Mənim atam qəhrəmandır”, “Qarabağ Azərbaycandır!” “Ulu Öndər” mahnılarını ifa ediblər. İfalar məktəbin musiqi müəllimi Günay İsgəndərova tərəfindən hazırlanıb.
Qeyd edək ki, layihə çərçivəsində silsilə konsertlər oktyabr ayının 9-u Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli, 18-i isə Sumqayıt şəhəri N. Tusi adına 12 nömrəli tam orta məktəblərdə keçirilib. Baxış konsertlərində məktəblərin xor kollektivləri vətənpərlik mövzusunda mahnılar səsləndiriblər.
Tədbirlərin sonunda iştirakçılar “Təşəkkürnamə” ilə təltif olunublar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.