Qərbi Azərbaycanda azərbaycanlıların qəbiristanlıqlarının dağılması sənədləşdirilir
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi “Qərbi Azərbaycanda azərbaycanlıların qəbirstanlıqlarının dağıdılması” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində “Gələcəyə qarşı cinayət” adlı çarx hazırlanıb. Çarxın təqdimat mərasimləri 2024-cü ilin oktyabrın 28 və 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.
İctimai Birliyin sədri Etibar Məmmədov bildirib ki, layihənin məqsədi beynəlxalq ictimaiyyətə indiki Ermənistan Respublikasının mövcud olduğu Qərbi Azərbaycan torpaqlarında tarixən azərbaycanlıların yaşadığı bölgələrdə azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılmasını etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, bu cinayətin gələcək nəsillərlə keçmiş nəsillər arasındakı mənəvi bağların məhvinə yönəldiyini göstərməkdir.
Çarx azərbaycan və ingilis dillərində təqdim edilib. Təqdimat zamanı Qərbi Azərbaycanla bağlı çıxışlar edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.