ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Milli Kibertəhlükəsizlik İndeksi” təqdim olunub
09 NOYABR 2024 - 20:00

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) “Milli Kibertəhlükəsizlik İndeksinin yaradılması və ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi” layihəsinin icrasını yekunlaşdırıb. 
Layihənin təqdimat mərasimi keçirilib.
Layihə çərçivəsində beynəlxalq standartlar və təcrübə öyrənilərək qlobal mənada kibertəhlükəsizliyə dair fundamental indikatorların müəyyən olunması istiqamətində tədqiqat işləri aparılıb. Tədqiqat qrupu tərəfindən beynəlxalq təcrübə ilə yanaşı, milli indeksasiya təcrübəsi də tədqiq edilərək nəticələri ümumiləşdirilib. 
Layihə çərçivəsində hazırlanan interaktiv onlayn platforma vasitəsilə ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması ilə əlaqədar həyata keçirilən fəaliyyətə dair məlumatların mütəmadi şəkildə toplanılması və qiymətləndirilməsi, indeks göstəriciləri əsasında aidiyyəti subyektlərin reytinq cədvəlinin tərtibi təmin edilib.
Təqdimat zamanı layihə ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl