“Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib
2024-cü ilin noyabrın 5-də "Hyatt Regency Baku" hotelində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda yerli qurumların nümayəndələri ilə yanaşı, xarici ekspertlər də iştirak edib.
İctimai Birliyin sədri İradə Rizazadə bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış şəxslərin hüquqlarının beynəlxalq arenada təbliği, həmçinin Zəngəzur dəhlizinin regiona sosial-iqtisadi təsirlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Konfransda panel müzakirələrində “Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti”, “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti”, “Zəngəzur dəhlizinin açılmasının digər əhəmiyyətli aspektləri” mövzularında müzakirələr təşkil edilib, çıxışlar edilib, suallar cavablandırılırb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.