QHT-lərə Dövlət Dəstəyi Agentliyi BMT-nin WUF12 qlobal tədbirində QHT-lərin iştirakı, onlara yaradılan imkanlar barədə təcrübəni öyrənib
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Elçin Hacıyev 2024-cü ilin noyabrın 4-dən 8-dək keçirilən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edib.
Agentlik təmsilçisi Forum çərçivəsində keçirilən “Transformativ rəqəmsallaşdırma və SDG-lər üçün potensialın yaradılması vasitəsilə yerli təşkilatların gücləndirilməsi”, “Şəhərlərimizin gələcəyinin maliyyələşdirilməsi, inklüziv və davamlı nəticələr üçün birgə yanaşmalar” və müxtəlif panellərdə, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ağıllı şəhərlərin inşası ilə bağlı tədbirlərdə iştirak edib.
Konfransa 182 ölkədən dövlət qurumlarının nümayəndələri və qeyri-hökumət təşkilatları qatılıb.
Qeyd edək ki, 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycan ev sahibliyi edəcək.
Bu baxımdan Agentlik Ümumdünya Şəhərsalma Forumunda QHT-lərin iştirakı, onlara yaradılan imkanlarla əlaqədar təcrübəni öyrənib.