ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi COP29-da suvarma və içməli su təchizatına dair yan tədbir keçirib
12 NOYABR 2024 - 21:00

2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi "Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkil edib.
Tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak edib.
Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları müzakirə edilib.
İştirakçılar su resurslarının qənaətli və təhlükəsiz istifadəsi, su mənbələrinin dayanıqlılığı üçün tətbiq edilən strategiyalar barədə fikirlər bildiriblər.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl