ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir təşkil edib
15 NOYABR 2024 - 03:01

2024-cü il noyabrın 14-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) “İqlim böhranının ön cəbhəsində olan icmalar üçün inklüziv və hərtərəfli iqlim tədbirlərini təşviq edən iqlim maliyyəsi modelləri” mövzusunda forum keçirib. 
Forumda Alyansın rəhbəri Jozef Mikita Mvenda (Joseph Mithika Mwenda) bildirib ki, PACJA 48 Afrika ölkəsindən 1000 QHT-ni özündə birləşdirən təşkilatın ümumi mövqeyini ifadə edir. 
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iqlim maliyyəsinə çıxışı təşviq edən modellər və yanaşmalar mühüm əhəmiyyətə malikdir. 
Panel müzakirələrində PACJA təşkilatlarının ekspertləri - Cessika Mvenza, Ruçi Tripati,
PACJA-nın proqramlar və tədqiqatlar üzrə rəhbəri Çarlz Mvanqı daha əlçatan maliyyələşdirmə mexanizmləri barədə məruzələrlə çıxış ediblər. Onlar Afrikanın təcrid olunmuş icmalarının səsini gücləndirmək üçün Azərbaycanın yaratdığı imkanı yüksək qiymətləndirib. 
Müzakirələrdən sonra suallar cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl