ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29 çərçisində “Education HUB" İctimai Birliyi yan tədbir keçirib
16 NOYABR 2024 - 02:24

2024-cü il noyabrın 14-də "Education Hub" İctimai Birliyi COP29-da Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Dəyişikliyin gücləndirilməsi: sosial sahibkarlıq davamlı inkişaf və korporativ sosial məsuliyyətin katalizatoru kimi” adlı yan tədbir keçirilib.
Tədbirdə impakt biznes təcrübələri vasitəsilə iqlim və sosial problemlərin həlli üçün innovativ yanaşmaları müzakirə olunub. 
Tədbirdə Azərbaycanın sosial sahibkarlıq ekosistemi və təsir fondlarının yaradılmasına dair təqdimat edilib.
Daha sonra panel müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov “İqlim fəaliyyətində sosial sahibkarlığın rolu və qanunvericilik sahəsində nəzərdə tutulan planlar” mövzusunda məruzə ilə çıxış edib. 
Paneldə müxtəlif məruzələr də dinlənilib. 
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl