ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29-da Qoşulmama Hərəkatı regionu QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfrans başa çatıb
16 NOYABR 2024 - 13:03

2024-cü il noyabrın 15-də COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans başa çatıb. 
Yaşıl Zonada “Water” konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutmuş konfransın II panelinin moderatoru “Qarabağın Tərəqqi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova olub. 
“Qlobal iqlim həllərinə icma nümayəndələrinin cəlbi: çağırışlar, imkanlar və yollar” adlı II paneldə Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi Qayser Nəvab, "President's Award-Kenya" təşkilatının icraçı direktoru Margaret Kiogora, Beynəlxalq Ticarət Mərkəzinin YECO Proqramında “startap” mentoru və Dünya Bankının Qlobal Gənclər Sammitində AB EMEA nümayəndəsi Berat Şenyerli, "Global One 2015" təşkilatının icraçı firektoru Husna Əhməd məruzələrlə çıxış edib. 
“Gənclərin və qadınların iqlim liderliyində gücləndirilməsi”, “Yaşıl, dayanıqlı və inklüziv gələcək”, “İnklüziv iqlim hərəkatının qurulması” və s. mövzularda geniş müzakirələr aparılıb. 
Konfrans birgə bəyanatın qəbul edilməsi ilə başa çatıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl