ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29 çərçivəsində mina çirklənməsinin səbəb olduğu faciələrə dair sərgi təşkil olunub
17 NOYABR 2024 - 14:17

"Gilavar Foto Klubu" İctimai Birliyi 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edib.
Fotoların yanında məlumat xarakterli lövhələrdə mina qurbanlarının hekayələri ingilis dilində əks olunub. “Düyməni sıxan ayaqlar” adlı sərgi maraqla qarşılanıb. Qeyd olunub ki, mina ilə çirklənmə münbit torpaqları məhv etdiyi kimi, insan faciələrinə də səbəb olur. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə həmin ərazilərə 1.5 milyondan çox mina və partlamamış hərbi sursat basdıqdığı diqqətə çatdırılıb. 
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi 2024-cü ildə “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsini icra edib. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl