COP29-da iqlim dəyişmələrinə dair insan hüquqları müzakirə olunub
2024-cü il noyabrın 15-də COP29-da Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Afrikada iqlimə qlobal uyğunlaşmada inklüzivliyinin təşviqinə dair insan hüquqları” mövzusunda yan tədbir təşkil olunub.
Tədbirdə 47 Afrika Milli İnsan Hüquqları İnstitutunu (MİHİ) birləşdirən regional Afrika Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin(NANHRI) sədri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Qətər Milli İnsan Hüquqları İnsititutunun sədri və PACJA rəhbəri Mitika Mvenda çıxış ediblər.
Tədbirdə Uyğunlaşma üzrə İnklüziv Qlobal Məqsəd və onun Afrikada tətbiqi üçün İnsan Hüquqları Çərçivəsindən istifadə geniş müzakirə olunub. Tərəflər birgə səylər üçün koordinasiyanın gücləndirilməsinə qərar veriblər.