BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və QHT-lər mina çirklənməsi mövzusunu birgə müzakirə edib
2024-cü ilin noyabrın 14-də COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və ABŞ-ın “Sülhün Kökləri” təşkilatının təşkilatçılığı ilə “Sülhün, torpağın və ekosistemlərin minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə bərpası" mövzusunda yan tədbir keçirilib.
Tədbirdə dünyada çirklənmiş, məhv olmuş torpaqların bərpası, sülhün gücləndirilməsi və münaqişədən təsirlənmiş icmaların reinteqrasiyası əsas müzakirə mövzusu olub.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin müdiri Vuk-Jin Çang (Wook-Jin Chang), “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson, Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi,
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA-nın) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov məruzələrlə çıxış ediblər.
BAMF-ın rəhbəri Umud Rəhimoğlu mina probleminin BMT-nin 18-ci Davamlı İnkişaf Məqsədi olmasına qlobal dəstəyin verilməsini vacib sayıb.