"Yaşıl Dialoq Forumu" təsis olunub
2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində panel müzakirəsi təşkil edib.
İctimai Birliyin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, ali təhsildə keyfiyyət təminatı eksperti Vonda Qrobellar, ABŞ-ın “E&O Global İnc” şirkətinin Baş icraçı direktoru Orxan Şirinzadə, Sankt Peterburq Mədənçilik Universitetinin geologiya və ətraf mühit elmləri üzrə tədqiqatçısı Emil Qasımov iştirak ediblər. Paneldə "davamlı inkişafın əhəmiyyəti", "növbəti nəsillər üçün iqlim təhsili", "Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi", "Yaşıl Logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması" və digər mövzularda müzakirələr edilib.
Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.