COP29-da Naxçıvan duzundan hazırlanan əl işləri sərgilənib
2024-cü il noyabrın 17-də “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssəsində cəza çəkən məhkumların Naxçıvan duzundan hazırlanan, ekoloji cəhətdən faydalı olan əl işləri sərgilənib.
Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı, inteqrasiyası ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Naxçıvan Milli Dram Teatrının aktyorları tərəfindən Elica Atalının “Odunçunun nağılı” tamaşası nümayiş olunub. Tamaşa böyük maraqla qarşılanıb.
Tədbirdə Naxçıvan MR-nın ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov da iştirak edib.